“Neftçi” – SSRİ: heyətlərdə dəyişiklər edildi
13.05.2010 - 15:58
Azərbaycanlı məşhur futbolçuların Ələkbər Məmmədovun 80 illik yubiley tədbirlərində iştirak etmək üçün Bakıya gəlməkdə olan SSRİ yığmasının heyətində dəyişiklik edilib. SSRİ yığması ilə yoldaşlıq görüşü keçirəcək “Neftçi” Futbol Veteranları Klubunun prezidenti Oqtay Abdullayevin apasport.az saytına verdiyi məlumata görə, Rusiyanın ən titullu futbolçularından olan, uzun illər Moskva “Spartak”ı və yığmasında oynayan 34 yaşlı Yeqor Titov ölkəmizə təşrif buyurmur: “Titovla yanaşı, Dmirti Kudinov, Aleksey Prudnikov müxtəlif səbəblərdən Bakıya gəlmir. Qapıçı Prudnikovu Moskva MOİK-ində oynamış həmkarı Valeri Novikov əvəzləyəcək. 1966-cı ildə “Neftçi”nin heyətində SSRİ çempionatının bürünc medalını qazanan, uzun illərdir Ukraynada yaşayan Nikolay Boqdanov da gəlir. Onların baş məşqçisi Vladimir Semigin, komandamıza Səməd Qurbanovla yanaşı, Telman Əzizov məşqçilik edəcək. “Kayzer” otelində qalacaq qonaqlar mayın 15-də ölkəmizi tərk edəcək. Ələkbər Məmmədovun yubileyini təşkil edilməsində bizə böyük köməklik göstərən prezident Rövnəq Abdullayev başda olmaqla, AFFA rəhbərliyinə, baş katib Elxan Məmmədova dərin minnətdarlığımızı bildiririk. Onların əməyi həqiqətən böyükdür”.
Qeyd edək ki, SSRİ yığması ilə yanaşı, “Neftçi”nin heyətində də bəzi dəyişiklər edilib. Səttar Əliyev, Bəxtiyar Musayev, Qurban Qurbanov, İqor Getman, Asif Əliyev və Səmədağa Şıxlarov müəyyən səbəblərdən bu oyunda meydana çıxmayacaq. Əvəzində Elxan Abdullayev, Emin Salmanov və Nazim Əliyev görüşdə iştirak edəcək.

0
0