Azərbaycan kubokunun finalçısı “Çenomorets”in baş məşqçisi oldu
13.05.2010 - 16:49
Azərbaycan kubokunun finalçısı “Çenomorets”in baş məşqçisi oldu
İmişlinin “MKT-Araz” klubunun sabiq baş məşqçisi İqor Nakoneçnı özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, 50 yaşlı ukraynalı mütəxəssis Odessanın “Çernomorets” komandasının baş məşqçisi postuna qayıdıb.

Bu gün klubun səhmdarlarının keçirdiyi iclasında qərara alınıb ki, baş məşqçi Andrey Balla müqavilə uzadılmasın və onun əvəzinə Nakoneçnı təyin olunsun. Balın işdən çıxarılmasının əsas səbəbi komandanın 15-ci yeri tutaraq, Ukrayna Premyer Liqasını tərk etməsidir. Nakoneçnı birinci diviziona düşən komandanın gələn mövsüm heyətinin, hazırlıq planının formalaşmasına başlayıb. O, “Çernomorets”i Premyer Liqada 1998-2001, 2004-2005-ci illərdə çalışdırıb. 2005-ci ilin yayında oradan ayrılıqdan sonra ölkəmizə gələn mütəxəssis iki il “MKT-Araz”a baş məşqçilik edib. Nakoneçnı Azərbaycan kubokunun finalçısı olan azsaylı əcnəbi mütəxəssislərdəndir.

Qeyd edək ki, Nakoneçnı ötən ilin noyabrından “Çernomorets”in baş məşqçinin köməkçisi idi.