“Barselona” Zlatan İbrahimoviçi transferə çıxardı
13.05.2010 - 17:11
“Barselona” Zlatan İbrahimoviçi transferə çıxardı
“Barselona” rəhbərliyi isveçli hücumçu Zlatan İbrahimoviçlə bağlı gözlənilməz qərar çıxarıb. Apasport.az saytının məlumatına görə, kataloniyalılar ötən yay İtaliyanın “İnter” klubundan böyük məbləğə aldığı 29 yaşlı futbolçunu transferə çıxarıb.

Klubun prezidenti Xuan Laporta agent Pin Zaxaviya İbrahimoviçə yeni klub tapmağı göstəriş verib. Belə ki, Zlatana görə 40 milyon funt sterlinq ödəyən klub onu transfer edə bilər. Ucaboylu hücumçuya əsasən “Çelsi” və “Mançester Siti” klubları maraq göstərir. Yaxşı maliyyə imkanlarına malik “Mançester Siti” İbrahimoviçi deyilən məbləğə almağa hazırdır. İndi bu klubun nümayəndələri Zlatanın keçidinin nə dərəcədə məqsədyönlü olacağını araşdırır.