Fatih Kavlak “Qarabağ” klubundan ayrılmasının səbəblərini açıqladı
13.05.2010 - 23:08
“Qəbələ” klubunun yeni məşqçisi, türkiyəli Fatih Kavlakın apasport.az saytına müsahibəsi
- Ötən yaydan məşqçisi olduğunuz “Qarabağ”dan mövsüm bitməmiş getdiniz. Buna səbəb nə oldu?
- “Qarabağ”la bir illik müqaviləm var idi. Müqaviləmin sonlarına yaxın “Qəbələ”dən təklif aldım. Bu klubda baş verən prosesləri çox yaxından izləyirdim. Karyerama görə bir az düşündüm və seçim etdim.
- Deyilənə görə, yaranan ailə problemi qərarınıza təsir göstərib...
- Ailə məsələlərimlə bağlı vəziyyət bir az qarışıq idi. Mövsümün gedişində Azərbaycanda qalıb-qalmayacağıma əmin deyildim. Sonda Azərbaycanda qalmağa üstünlük verdim. “Qəbələ”dən təklif gəldi və bunu müsbət dəyərləndirdim. Ailəmlə bağlı artıq problem yoxdur.
- “Qəbələ”nin baş məşqçi postuna Toni Adamsın gələcəyindən xəbərdar olduğunuz üçün komandanızı dəyişdiniz?
- “Qəbələ”nin böyük hədəfinin olduğu, bu klubda hansı işlər görüldüyünü bilirəm. Çünki bu işləri təşkil edən şəxs, icraçı-direktor Alastair Savyerimutto ilə mövsüm öncəsi tanışlığımız yaranmışdı. Həmin vaxtdan onunla mütəmadi söhbətləşirdik. Qəbələ”də hansı imkanların olduğunun fərqində idim. Daha sonra əməkdaşlığımız yarandı.
- Savyerimutto həmin vaxt, ilk tanışlığınız zamanı sizə bir yerdə işləməyi təklif etmişdi?
- Yox. Hər şey 3-4 həftə öncə oldu. O, bir ay öncə məndən soruşdu ki, gələcək planların necədir, nə edəcəksən. Mən də böyük ehtimalla Türkiyəyə qayıtmağı düşündüyümü dedim. Təklif etdi ki, bizə gələ bilərsən. Bundan sonda düşünməyə başladım və iki həftə öncə qərarımı verdim.
- Türkiyədən təklifləriniz var idi?
- Vətənimdə bir klubda çalışmaq imkanım var idi. Ancaq mən buranı seçdim.
- Bəs “Qarabağ”la müqaviləni niyə uzatmadınız?
- Təbii ki, “Qarabağ”da hər şey qaydasında idi və çox yaxşı çalışdım. Orada yaxşı insanlar cəmləşib və mən də çox xoşbəxt idim. Klubumdakılarla gözəl ünsiyyət qururdum. Baş məşqçimiz Qurban Qurbanovla da işbirliyiniz çox yaxşı alınırdı. Ancaq öz gələcək karyeramı düşünüb, belə qərar verdim. Məşqçilər hər zaman uğursuzluq olanda gedir, uğur qazananda qalırlar. Amma mən burada özümə görə qərar verdim.
- Deməli, “Qəbələ”dəki karyeranızı “Qarabağ”dan daha üstün tutdunuz?
- Bəli. Yoxsa “Qəbələ” və ya “Qarabağ” daha yaxşıdır – belə şey deyə bilmərəm. Buranı şəxsi planda mənə daha yaxşı şeylər qazandıracağı, təcrübəmi artıracağım üçün seçdim.
- Yəqin ki, Toni Adams amili qərarınızda böyük rol oynadı...
- Təbii ki, bu da çox önəmlidir. Fikrimcə, ingilis sistemi ilə çalışmaq mənim üçün yaxşı olacaq. İngilis dilində sərbəst danışmağım da işimə yarayır.
- Əfsanəvi futbolçu, uzun illər London “Arsenal”ın kapitanı olan Toni Adamsla görüş sizdə hansı təəssürat oyatdı?
- Onunla son bir həftədə toplantımız oldu. Çox peşəkar olması görünür. Adamsla yaxşı bir dönəm keçirəcəyimizə əminəm. O, uğur qazanmaq istəyən bir məşqçidir və bunu hiss etdirir. İnşallah, klubun buna birgə nail olaraq. Klubun imkanları, şəraiti də buna çox uyğundur.
- Yeni mövsümdə hədəfiniz nə olacaq?
- Bunları klub rəhbərliyi açıqlasa, daha düzgün olardı. Mənim hədəfim kluba fayda verməkdir.
- Siz daha çox fiziki hazırlıq üzrə çalışırsınız. Azərbaycanda oynayan futbolçuların fiziki hazırlığı sizi nə dərəcədə qane edir?
- Bununla bağlı digər komandalar üçün bir şey söyləməyim mümkün deyil. Yalnız “Qarabağ”da onu deyə bilərəm ki, futbolçuların fiziki hazırlığından çox məmnun qaldım. Sadəcə, hər kəsin də bildiyi bir problem var idi. Yəni, futbolçuların çox milli komandaya gəlirdi.
- Futbolçular kluba yorğun qayıdırdılar?
- Belə bir şey var ki, futbolçular milli komandaya getdiyi iki həftədə məşqçilər onları yükləmək istəyirlər. Ancaq biz futbolçularla bərabər olmuruq. Həmin oyunçular təkrar başqa atmosferdə çox ağır matçlar keçirirlər. Bunun üçün tam mövsümdə işimizi eyni templə davam etdirə bilmədik. Həmin çətinliyi yaşadıq. Ancaq bundan başqa problem yox idi. Yəni, “Qarabağ”dakılar yüklənməyə hazır futbolçulardır.

0
0