“Neftçi” “Slaviya” klubunun qapıçısı ilə danışıqlara başladı
13.05.2010 - 17:49
“Neftçi” Latviya yığmasının və Çexiyanın “Slaviya” klubunun qapıçısı Denis Romanovla danışıqlara başlayıb. Bu haqda Lent.az-a klub prezidenti Sadıq Sadıqov məlumat verib.
Onun sözlərinə görə, 32 yaşlı qolkiper iyunun 20-dən start götürəcək növbəti mövsümün hazırlıq prosesinə cəlb olunacaq. Baxışdan uğurla keçərsə, Romanovla müqavilə bağlanılacaq. Latviyalı qapıçı komandadan kənarlaşdırılan serbiyalı Vladimir Miçoviçin yerinə nəzərdə tutulub. O, “Neftçi”yə klubla əməkdaşlıq edən bir futbol menecmenti şirkəti tərəfindən təklif olunub.
Qalan mövqelərə oyunçular isə Braziliya klublarından transfer olunacaqlar. Bu məqsədlə Cənubi Amerikaya yollanan klub nümayəndələri hücumçu, yarımmüdafiəçi və müdafiəçi amplualarında çıxış edən futbolçularla danışıqları müsbət yöndə tamamlamaq üzrədirlər. Sadıqovun sözlərinə görə, artıq “sambaçılar”la 90 faiz razılıq əldə olunub və mayın 20-dək onlar klub nümayəndələri ilə birgə Bakıya gələcəklər: “Hələlik ad çəkmək istəmirik. Yaxın günlərdə bu haqda açıqlama veriləcək”.
Flaqmanın prezidenti Azərbaycan yığmasında da çıxış edən “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev, eləcə də Hans-Yurgen Gedenin baş məşqçi olduğu vaxt “Neftçi”dən uzaqlaşdırılan futbolçuları “Qarabağ”dan geri qaytaracaqlarına dair xəbərlərə də aydınlıq gətirib: “Yığmamızın əsas qapıçısı olan Kamran Ağayevin “Neftçi”yə gəlişi fərəhli hal olardı. Amma onunla danışıqlar aparmamışıq. “Neftçi” “xalq komandası” olduğu üçün kollektivi imkan daxilində milliləşdirmək istəyirik. Kim komandamıza qayıtmaq istəyirsə, gözüm üstə yeri var. İyunun 1-dən bazamızda 15 günlük “açıq qapı” elan edəcəyik. “Neftçi”də çıxış etməyi arzulayan futbolçular gələ bilərlər”.
Sadıq Sadıqov 2010-2011-ci il mövsümündə “Neftçi”nin böyük hədəflər uğrunda mübarizə aparacağını da əlavə edib.
Qeyd edək ki, Denis Romanov Latviyanın müxtəlif klublarında çıxış etdikdən sonra Rumıniyanın “Dinamo” (Buxarest) komandasında da oynayıb. O, yığmada 3 oyun keçirib. “transfermarkt.co.uk” saytı Romanova 350 min avro qiymət qoyub.

0
0