“Real” indi də Messini istəyir
13.05.2010 - 18:08
İspaniyanın “Real” klubu yeni sensasiyaya imza ata bilər. Apasport.az saytının məlumatına görə, ötən il 94 milyon avroya Kriştianu Ronaldunu Madridə gətirən klub rəhbərliyi bu dəfə gözünü Lionel Messiyə dikib.
Klubun prezidenti argentinalı futbolçunun müqaviləsində yer alan maddəyə - sərbəst buraxılmaq üçün 142 milyon avronu ödəmək eşqinə düşüb. Maraqlıdır ki, əzəli rəqibi “Barselana”lı futbolçunu heyətə qatmaq üçün “düşmən qapısına” çaparı Çempionlar Liqasının final matçı günü göndərəcək.
“Barselona”nın “Santeyaqo Bernabeu”da final oynamaq xəyallarının üstündən xətt çəkildiyi üçün Perez belə bir addım ataraq intiqam almaq niyyətindədir. Türk mətbuatının yazdığına görə, təklifin rədd edilsə də belə, “Real”ın rəqibini əsəbiləşdirmək üçün “elçisini” göndərəcəyi gözlənilir.
Qeyd edək ki, dünya futbolu tarixində Kriştianu Ronaldu üçün 94 milyon avroya ödəyən Madrid klubu bu transferi də reallaşdırsa, ən bahalı futbolçunun forma geyindiyi komanda kimi rekordu əlində saxlayacaq.

0
0