Azərbaycan futbolçularının iki qolu hamını çaşdırıb
14.05.2010 - 10:01
Azərbaycan futbolçularının iki qolu hamını çaşdırıb
Çimərlik futbolu üzrə Azərbaycan yığmasının çıxış etdiyi “Alanya Cup 2010” turniri Türkiyə mətbuatının diqqətindən kənar qalmayıb. Apasport.az saytının məlumatına görə, həmkarlarımız beynəlxalq turnirdə baş verənləri işıqlandırmaqla, futbolumuzda çaşqınlıq da yaradıb.

Belə ki, komandamızın Türkiyə ilə ilk turdakı oyununda vurulan qollarla bağlı qeyri-müəyyənlik yaranıb. AFFA-nın rəsmi internet saytı 3:5 hesabı ilə uduzduğumuz görüşdə qolları Seymur Məmmədov, Emin Kürdov və Zeynal Zeynalovun vurduğu haqda məlumat yayıb. Türk həmkarlarımız isə penaltidən fərqlənən Seymurdan başqa Müslüm Hüseynov və İlham Əzizzadənin də qol sevinci yaşadığını iddia edir.

Qeyd edək ki, bu görüşdə Rövşən Durmuşovla Əzizzadə sarı vərəqə də alıb.