276 günlük marafonun sonu: “Xəzər-Lənkəran” 2-ci çempionluğunun astanasında
14.05.2010 - 11:15
276 günlük marafonun sonu: “Xəzər-Lənkəran” 2-ci çempionluğunun astanasında
Unibank Premyer Liqasında 276 günlük marafon başa çatır. Apasport.az saytının məlumatına görə, ötən il avqustun 14-də startı verilən XVIII milli çempionatımıza mayın 16-da yekun vurulacaq.

Ancaq bütün diqqətlər mayın 15-ə yönələcək. Məhz sabah ölkə çempionumuzun adı məlum olacaq və bu, çox güman Lənkərandakı oyunda bilinəcək. Hər halda, hər şey “Xəzər-Lənkəran”ın öz əlindədir və komanda evdə “Bakı”ya qalib gələrsə, tarixində 2-ci dəfə qızıl medalları qazanacaq. İlk dəfə 2007-ci ildə elə hazırkı baş məşqçisi Ağasəlim Mircavadovun rəhbərliyi altında ölkə çempionu olan lənkəranlılar yenə buna nail olarsa, rəqibini birbaşa Avroliqanın 2-ci təsnifat mərhələsinə çıxaracaq. Çünki qaydaya görə, çempion ölkə kubokunu da qazanarsa, finalçı nəinki avtomatik avrokuboklara çıxacaq, ilk təsnifat mərhələsindən də azad olacaq. Cari futbol mövsümünü də məhz “Xəzər-Lənkəran”la “Bakı”, mayın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda final oyunu ilə bağlayacaq.

“Bakı” hazırda 4-cü pillədə yer alsa da, çempion olmaq şansı var. Təbii ki, bunun üçün ilk növbədə Lənkəranda 3 xal qazanmaq lazımdır. Ancaq bununla yanaşı, 2-ci və 3-cü pillədə gedən “İnter”lə “Qarabağ” mütləq xal itirməlidir. Yəni, bunların hansınısa qələbə qazanması “Bakı”nın istənilən halda, çempionluq titulunu qoruya bilməyəcəyi deməkdir. Əsasnaməyə görə, çempionatın sonunda iki komandanın xalının bərabər olması “qızıl oyun”, 3 və bundan çox isə mini-turnirin keçirilməsi deməkdir.

“Xəzər-Lənkəran”la “Bakı” həlledici oyuna itkilərlə çıxacaq. Özü də, lənkəranlıların heyətində daha ciddi itkilər olduğunu desək, yanılmarıq. Əvvəla, komandanın kapitanı, əsas qapıçısı olan Kamran Ağayev cəza səbəbindən sabah meydana çıxa bilməyəcək. Kamranı əvəzləyəcək 36 yaşlı Dmitri Kramarenko təcrübəli olsa da, oyun praktikası sarıdan korluq çəkir. Slovakiyalı mərkəz müdafiəçi İvan Pexa da cəza səbəbindən son turu buraxacaq. Albaniyalı Elvin Beçirinin də zədəli olmasını nəzərə alsaq, müdafiənin mərkəzində boşluq yaranır. Elvini son oyunlarda əvəzləyən çexiyalı Tomaş İneman uzun müddət ehtiyatda qalıb. “Xəzər-Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadovun sərəncamında başqa mərkəz müdafiəçisi olmadığı üçün İnemanın yanında kimi oynadacağı maraq doğurur. “Bakı”da isə cəzalı Moldova millisinin hücumçusu Vyaçeslav Sofronidir. Artıq xeyli müddətdir zədə üzündən kənarda qalan Türkiyəli müdafiəçisi Gürşad Duymuş isə fərdi proqram üzrə çalışır.

Qeyd edək ki, əsasnaməyə görə ilk və ikinci “altılığ”ın oyunları eyni saatda başlamalıdır.

15 may

17:15. “Xəzər-Lənkəran” – “Bakı”

Lənkəran. Mərkəzi stadion
Cari çempionatdakı oyunlar – 1:1, 3:0, 0:1

17:15. “Neftçi” – “Qarabağ”
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Cari çempionatdakı oyunlar – 0:1, 0:0, 0:2

17:15. “İnter” – “Qəbələ”
Bakı. “Şəfa” stadionu
Cari çempionatdakı oyunlar – 3:2, 1:0, 1:1

16 may

17:15. “Karvan” – “Turan”

Yevlax. Şəhər stadionu
Cari çempionatda oyunlar - 1:2, 0:0, 0:2

17:15. “Olimpik-şüvəlan” – “Muğan”
Bakı. “Şəfa” stadionu
Cari çempionatda oyunlar - 0:0, 1:0, 1:2

17:15. “Simurq” – “Standard”
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
Cari çempionatdakı oyunlar - 2:1, 1:1, 1:3

I "altılıq"

komandalar

o

q

h

m

t

x

1

"Xəzər-Lənkəran"

19

6

9

4

19-13

27

2

"İnter"

19

6

8

5

18-18

26

3

"Qarabağ"

19

6

8

5

16-18

26

4

"Bakı"

19

6

7

6

18-15

25

5

"Neftçi"

19

4

10

5

11-12

22

6

"Qəbələ"

19

4

8

7

17-23

20



II "altılıq"

komandalar

o

q

h

v

t

x

1

"Olimpik-Şüvəlan"

19

9

6

4

25-15

33

2

"Simurq"

19

8

7

4

21-17

31

3

"Muğan"

19

7

6

6

17-14

27

4

"Turan"

19

6

8

5

23-21

26

5

"Standard"

19

6

4

9

22-23

22

6

"Karvan"

19

2

7

10

13-31

13


Bombardirlər: Fərid Quliyev (“Standard”) - 13; Anatoli Doroş (Olimpik-Şüvəlan) - 12