“Neftçi”dən qovulan futbolçu məşhur komandaya keçir
14.05.2010 - 11:39
Bakının “Neftçi” klubundan qovulan Marian Aliuta iki məşhur komandanın maraq dairəsindədir. Apasport.az saytının məlumatına görə, 32 yaşlı rumıniyalı yarımmüdafiəçi vətənində “nəhənglər” sayılan Buxarestin “Styaua” və “Dinamo” klublarının transfer siyahısına düşüb.
Şərqi Avropanın ən titullu klublarından sayılan, vaxtilə Çempionlar Kuboku və Superkubokunu qazanan “Styaua” Aliutanı yeni mövsümün ilk transferi kimi heyətinə qatmaq istəyir. Komandanın yeni baş məşqçisi olacaq Rumıniya yığmasının sabiq çalışdırıcısı Viktor Pitsurka klub prezidenti Cici Bekaliyə təqdim etdiyi siyahlıda Aliuatanın adını birinci göstərib. 1995-97 və 2002-04-cü illərdə “Styaua”da çıxış edən futbolçu komandanın əzəli və prinsipial rəqibi “Dinamo”dan da təklif alıb. Onlar ulduz futbolçunu heyətinə qatmaqla, həm “Styaua”nın güclənməsinin qarşısını almaq, həm də öz heyətlərini daha da yaxşılaşdırmaq istəyir.
Qeyd edək ki, Unibank Premyer Liqasının ən yaxşı yarımmüdafiəçilərindən sayılan Aliuta “Neftçi”nin heyətində ölkə çempionatında keçirdiyi 31 oyuna 5 qol vurub.

0
0