Rəşad Sadiqov: “Neftçi” klubundan təklif almışam!
14.05.2010 - 11:50
“Müalicəm davam edir. Gələn həftədən etibarən qaçmağa başlayacam. Topla məşqlərə isə təxminən 2 həftə sonra start verəcəyəm. Hələlik ayağımda ağrılar var. Srağagün maqnit-rezonans etdilər. Sümüyümün içində ödəm yığılıb. Bu üzə yığılsaydı, tez aradan qaldırmaq olardı. Lakin daxildə olduğu üçün bir qədər çətindir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun yarımmüdafiəçisi Rəşad Sadiqov deyib.
Unibank Premyer Liqasının son turunda sabah “Neftçi” ilə keçiriləcək matça da toxunan futbolçu şənbə günü meydana çıxmasa da, mövsümün son oyununda komanda yoldaşlarını dəstəkləyəcəyini və ancaq qələbə gözlədiyini bildirib: “Bizə ancaq qələbə lazımdır. Avropa Liqasına vəsiqəni təmin etmişik. Elə komandanın qarşısına da bu tapşırıq qoyulmuşdu. Lakin indi çempion olmaq şansımız var. Düzdür, taleyimiz öz əlimizdə deyil. Lakin “Bakı”nın “Xəzər-Lənkəran”ı büdrədəcəyinə inanıram”.
Son vaxtlar “Neftçi”dən kənarlaşdırıldıqdan sonra “Qarabağ”a keçən futbolçuların yenidən paytaxt klubuna dönəcəyi ilə bağlı xəbərlər dolaşır. Rəşad təklif aldığını etiraf etsə də, yayda “Qarabağ”dan ayrılmayacağını qeyd edib: “Bəli, “Neftçi”dən təklif almışam. Ancaq “Qarabağ”la müqaviləm davam edir və yayda komandanı tərk etmək haqqında düşünmürəm. Ancaq bu, futboldur, sabah nə baş verəcəyini heç kim deyə bilməz”.

0
0