“Neftçi” və “Qarabağ” diqqətdən kənar qaldı
14.05.2010 - 17:33
“Neftçi” və “Qarabağ” diqqətdən kənar qaldı
Unibank Premyer Liqasının XXXII turunun iki oyunu canlı yayımlanacaq. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, azarkeşlər sonuncu turun iki qarşılaşmasını televiziya vasitəsi ilə canlı izləyə biləcək.

Mayın 15-də keçiriləcək "Xəzər Lənkəran" - "Bakı" görüşü "İdman Azərbaycan", "İnter" - "Qəbələ" matçı AzTV kanalı ilə yayımlanacaq. Hər iki görüş saat 17:15-də başlayacaq.

Qeyd edək ki, son tur ərəfəsində “Xəzər-Lənkəran”ın 27, “İnter” və “Qarabağ”ın 26, “Bakı”nın 25 xalı var. Mükafatlara iddialılardan 3-nü televizya ilə göstərəcək kanallar “Neftçi” – “Qarabağ” qarşılaşmasını diqqətdən kənarda qoyub.