“Neftçi” Azərbaycan kubokunun qalibi oldu
14.05.2010 - 17:49
Futzal üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən final oyununda ölkə çempionatının qızıl və gümüş mükafatçıları – “Araz” və “Neftçi” üz-üzə gəlib.
Naxçıvanlıların ardıcıl 6-cı dəfə “qızıl dubl”a imza atmasına imkan verməyən “ağ-qaralar” rəqibini 6:5 hesabı ilə məğlub ediblər. Bununla, “Araz” 2004-cü ilin yayından ilk dəfə Azərbaycan miqyaslı turnirin qalibi olmadı.
Qeyd edək ki, “Araz” bir müddət əvvəl ardıcıl altıncı çempionluğunu bayram edib.

mövsüm | Kubokun qalibi |
1995 | Neftçi |
1996 | Neftçi |
1997/1998 | Avtomobilçi |
1998/1999 | NAB Spor |
1999/2000 | Azərneftyanacaq |
2000/2001 | Azərneftyanacaq |
2001/2002 | Gömrükçü |
2002/2003 | Gömrükçü |
2003/2004 | Turan Air |
2004/2005 | Araz |
2005/2006 | Araz |
2006/2007 | Araz |
2007/2008 | Araz |
2008/2009 | Araz |
2009/2010 | Neftçi |
0
0