Vaqif Cavadov Ruud Qullitlə tanış ola bilər
14.05.2010 - 18:12
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov əfsanəvi Ruud Qullitlə tanış olmaq imkanı əldə edə bilər. Apasport.az saytının məlumatına görə, bu, futbol veteranının Hollandiyanın “Tvente” klubunun baş məşqçisi təyin olunacağı halda mümkündür.
“Milan” və Hollandiya yığmasındakı çıxışları ilə şöhrət qazanan Qullit Stiv Maklarenin gedişindən sonra boş qalan posta namizədlər sırasındadır. Məşqçilik karyerasında “Çelsi”, “Nyukasl”, “Feyenoord” və “Los anceles Qalaksi”ni çalışdıran 48 yaşlı mütəxəssis Cavadovun məşqçisi olmaq üçün sabiq komanda yoldaşı Frank Raykaard, həmçinin alman Mixael Skibbe ilə rəqabət aparır.
Qeyd edək ki, Qullit 1987-ci ildə dünya və Avropanın ən yaxşı futbolçusu seçilib.

0
0