“Qarabağ”da toy toya qarışıb
04.06.2010 - 23:09
“Qarabağ”da toy toya qarışıb
Ağdamın "Qarabağ" klubunun daha bir futbolçusu subaylığın daşını atmaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Rəşad Kərimov evlənməyə hazırlaşır.

24 yaşlı futbolçu artıq toyun vaxtını və yerini müəyyənləşdirib. Belə ki, Rəşad toy məclisini iyunun 6-da boya-başa çatdığı Sumqayıt şəhərində təşkil edəcək.

Rəşad bununla da həmşəhərlisi və yaxın dostu Vüqar Nadirovu qabaqlamış olacaq. Hazırda nişanlı olan Vüqar toyunu bu ilin sentyabrında edəcək.