Artim Şakiri: Bu arzu məni qarabaqara izləyir
05.06.2010 - 14:00
Artim Şakiri: Bu arzu məni qarabaqara izləyir
Ağdamın “Qarabağ” klubunun sabiq makedoniyalı futbolçusu Artim Şakiri peşəsindən uzaq düşüb. Bu barədə apasport.az saytına açıqlamasında Şakirinin özü məlumat verib.
O, bildirib ki, hazırda bütün vaxtını ailəsinə həsr edir: “Futbolçu karyeramı bitirmişəm. Məncə, bu qədər oynadığım bəsdir. İndi daha səmərəli şeylər barəsində fikirləşməliyəm”.

Şakiri məşqçi olmaq istədiyini söyləyib: “Həyatımın böyük hissəsini futbola həsr etmişəm. Yəqin ki, bundan sonra da bu idmana xidmət edəcəyəm. Amma futbolçu kimi yox. Məşqçi olmaq istəyirəm. Bu arzu məni qarabaqara izləyir. Yaxın gələcəkdə ölkəmdə təşkil olunacaq məşqçi kurslarına qatılacağam. Çox oxumalıyam”.

Qeyd edək ki, Makedoniya yığmasının sabiq kapitanı Şakiri karyerasının son illərini Azərbaycan çempionatında keçirib. O, Ağdamın "Qarabağ" klubu ilə Azərbaycan Kubokunun qalibi olub.