“Qarabağ” növbəti mövsümün hazırlığına başladı
05.06.2010 - 12:33
“Qarabağ” növbəti mövsümün hazırlığına başladı
“Qarabağ” növbəti mövsümünün hazırlıqlarına start verib. Apasport.az saytının xəbərinə görə, bu gün komandanın bazasına yığışan futbolçular 2010/2011-ci il mövsümünün ilk məşqinə çıxıblar.

İyulun 1-də Avroliqanın I mərhələsindən mübarizəyə başlayacaq Ağdam təmsilçisi Suraxanı qəsəbə stadionunda baş tutan hazırlığında tam heyətlə iştirak edə bilməyib. Belə ki, 7 futbolçu yığma komanda ilə Almaniyada olduğundan düşərgədən kənarda qalıblar. Əcnəbi futbolçulardan isə Georgi Adamiya Qurban Qurbanovun sərəncamındadır. Ondan fərqli, albaniyalı Admir Teli icazəlidir və komandaya 1 həftə sonra qoşulacaq.

Qeyd edək ki, bu gün 1 məşqlə kifayətlənən “Qarabağ” sabahdan gündə 2 dəfə hazırlıq keçəcək.