“Bəzi futbolçular qızla əyləndiklərini məşqçidən gizlədirlər”
05.06.2010 - 23:09
Azərbaycan yığmasının sabiq futbolçusu, son mövsümü Sumqayıtın “Standard” klubunda keçirən Murad Ağakişiyevin apasport.az saytına müsahibəsi
- Artıq mövsüm başa çatıb. Hamı istirahətdədir. Futbolsuz darıxmırsınız ki?
- 3-4 gün istirahət etdim. Demək olar ki, hər gün futbol oynayıram. Yəni, futbolsuz qalmıram. Amma peşəkar futbol üçün darıxmışam.
- Deyəsən, çayxanalara tez-tez gedirsiniz...
- Xeyr. Axır vaxtlar evdə oturmağa üstünlük verirəm. Bütün günü evdə televizora baxıram.
- Şəhərə gəzməyə çıxmırsınız?
- Sözün düzü, marağında deyiləm ki, hardasa gəzim. Nəsə belə şeylərə qarşı marağım qalmayıb.
- Ruh düşkünlüyü var?
- Yox, Şükür Allaha, hər şey qaydasındadır. Dediyim kimi, nəsə son vaxtlar evdə oturmağa üstünlük verirəm.
- Dost-tanışlarla yığışında daha çox hansı mövzuda söhbətlər edirsiniz?
- Hər cür mövzu olur. Futboldan danışırıq, oğlanlardan, dünyada və Azərbaycanda olanlardan söhbət edirik. Kim hansı mövzunu açırsa, o mövzuda da söhbət edirik.
- Yəqin ki, üstünlük futbol olar...
- Əlbəttə. Futbol haqda qızğın söhbətlər gedir.
- Bir neçə gündən sonra CAR-da dünya çempionatı start götürəcək. Favoritiniz hansı komandadır?
- Heç bir komandaya azarkeşlik etmirəm. Belə fikirləşirəm ki, Argentina, Braziliya və İspaniya dünya çempionu olmağa əsas namizədlərdir. Yəqin ki, bu üç yığmadan biri qızıl medal qazanacaq.
- Hər çempionatda bir futbolçunun ulduzu parıldayır. Sizcə, qarşıdakı mundial hansı futbolçu üçün daha uğurlu olacaq?
- Bu elə bir çempionatdır ki, hər komandada dünya səviyyəli bir futbolçu var. Hətta elə komanda var ki, 6-7 dünya səviyyəli futbolçuya malikdir. Hər komandanın öz ulduzları var. Orada çıxış edən futbolçuların əksəriyyəti ulduzu parlamış ulduzlardır. Yəni kölgədə qalan futbolçu yoxdur.
- Amma bir vaxtlar milli komandaya qədər yüksələn Murad indi kölgədə qalıb. Bunun səbəbi nədir?
- Günah özümdədir. Öz üzərimdə əvvəlki kimi işləmirəm. Məsuliyyətsiz olmuşam.
- “MKT-Araz”dan “Qarabağ”a keçəndə belə bir söz-söhbət yarandı ki, məşqlərə dırnaqarası yanaşırsınız. Yəni, çox vaxt əyləncə mərkəzlərində olursunuz, məşqlərdə istənilən gücü-qüvvəni sərf etmirsiniz...
- İndiyədək hansı komandada olmuşamsa, məşqçilər mənim məşqə can yandırmadığımı və ya gecikdiyimi deməyiblər. Əslində, həmişə yüksək fikirlər səsləndiriblər. Əyləncə mərkəzlərinə getmək məsələmə gəlincə, bu adi haldır. Hamı gedə, hamı istirahət edə bilər. Amma mən həmişə birinci futbolu üstün tutmuşam. Futbolu sevdiyimə, hörmət etdiyimə görə, heç vaxt ikinci planda saxlamamışam. Bir dəfə də olsun məşqdən qalmamışam. Heç bir məşqçidə məndən və etdiyim məşqdən narazı qalmayıb. Hər halda, indiyədək birgə çalışdığım məşqçilərdən bununla bağlı narazılıq eşitməmişəm.
- Əyləncə mərkəzlərinə getməyin normal olduğunu deyirsiniz. Maraqlıdır, ora tək gedirsiniz, yoxsa qızlarla?
- Fərqli əyləncə mərkəzləri var. Yaxın dostlarımla gedirəm. O da tez-tez yox. Oyundan sonra və ya istirahət vaxtları...
- Qız dostlarınız çoxdurmu?
- Heç vaxt qız dostum olmayıb. Sadəcə, tanıdığım qızlar var. Hal-hazırda heç bir qızla münasibətim yoxdur.
- Əslində, hər bir gəncin qız dostu olur. Bu normal bir şeydir. Ancaq nədənsə bizdə bu məsələni gizlədirlər. Bu nə ilə bağlıdır?
- Gizlədirlər, çünki qorxurlar. Qorxurlar ki, bu sözü burada deyərəm... Mentalitetimiz belədir. Məşqçilər bu söhbəti eşidəndə, istər-istəməz həmin futbolçu haqda mənfi rəydə olacaq. Ona görə də, bəzi futbolçular qızla əyləndiklərini məşqçidən gizlədirlər.
- Bəs siz qızlarla birgə vaxt keçirdiyinizi gizlətmisinizmi?
- Olan şeyi niyə gizlədim ki? Ayıb bir şey etmirəm ki... Soruşublar, olubsa demişəm. Olmayıbsa, demişəm olmayıb.
- Bir vaxtlar mətbuatda şəkilləriniz çıxmışdı. O nə məsələ idi?
- “Qarabağ”da oynayanda günorta vaxtı mənə yaxın olan bir insanla yemək yediyim yerdə şəkillərimizi çəkib mətbuatda yaymışdılar. Burada mənim nə günahım var? Hər hansı idmançı və ya şəxs yaxın adamı ilə oturub nahar edə bilər. Əgər bu qəbahətdirsə, deməli, səhvim olub.
- Həmin şəkillər mətbuatda dərc olunduqdan sonra birlikdə yemək yediyiniz şəxslə münasibətiniz pozuldumu?
- Xeyr. Heç bir problem yox idi. Nəyə görə münasibətimiz pozulmalı idi? Sadəcə, yemək yeyirdik. Bu hadisə ən çox mənə təsir etdi. Əgər gecə vaxt olsaydı və ya hər hansı başqa bir məkan olsaydı, nəsə don geyindirmək olardı.
- Sevgiliniz varmı?
- Yox. Heç vaxt sevgilim olmayıb.
- Evlisiniz, yoxsa subay?
- Subayam.
- Təbiətcə necə insansınız? Misal üçün, dalaşqansanmı?
- Elə şeylərdən qəti sürətdə uzağam. Qarşımdakı insan mənim ailəmə qarşı səhv bir hərəkət edərsə, o zaman dalaşa da bilərəm, artığını da edərəm. Amma sakit təbiətli insanam. Həmişə çalışmışam ki, şirin dillə məsələni yola verim.
- Kənardan baxanda bir qədər özündən razı insana bənzəyirsiniz. Doğurdan da özünüzdən razısınız, yoxsa xarici görünüşünüz belədir?
- Məni tanımayan insanlar özümdən razı olduğumu düşünürlər. Ancaq tanıyandan sonra fikirlərini dəyişirlər. Şəxsən məndə də elə olub ki, hər hansı bir insan haqda düşünmüşəm ki, özündən razıdır. Ancaq tanıdıqdan sonra fikrimi dəyişmişəm. İnsanı tanımadan qabaqcadan qərar vermək düzgün deyil. İndiyədək heç kimin pisliyini istəməmişəm. Həmişə özümə nə arzulamışamsa, insanlar da onları arzulamışam. Hədsiz dərəcədə ürəyi yumşaq bir insanam.
- Mətbəxlə aranız necədir?
- Anamın bişirdiyi bütün yeməkləri xoşlayıram. Anam yaşadıqca bişirdiyi hər bir yemək mənim üçün baldan dadlıdır.
- Özün necə, yemək bişirməyi bacarırsan?
- Elə şeydən uzağam. Yumurta bişirməkdə belə çətinlik çəkirəm.
- Bəs tək qalanda nə yeyirsiniz?
- Tək qalanda mağazalardan nəsə alıb yeyirəm.
- Boş vaxtlarınızda nə edirsiniz?
- Televizora seyr edirəm, ya da musiqiyə qulaq asıram.
- Seriallara baxırsınızmı?
- Yox, buna hövsələm çatmır. Hərdən maraqlı filmləri seyr edirəm.
- Xoşladığınız aktyor və ya aktrisa varmı?
- Ən çox Hindistan filmlərinə baxıram. Ən xoşladım aktyor Shakruxandır.
- Xüsusi dəyər verdiyiniz avtomobil markası hansıdır?
- BMV X5-dir.
- Hazırda sürdüyünüz maşının markası nədir?
- Hazırda maşın sürmürəm. İnşallah yaxın günlərdə təzə birini alacağam.
- Maşınınızı çoxdan satmısınız?
- 2-3 ay olar.
- Hərbi xidmətdə olmusunuzmu?
- Bəli, MOİK-də olmuşam. İl yarım həm oynadım, həm də hərbi xidmətim keçdim.
- Həmin müddətdə hərbi forma geyindinizmi?
- Əlbəttə. Hərbi formanı geyinməsən, əsgər olmaq duyğusunu hiss edə bilməzsən.
- Deyərlər əsgərlik kişilik məktəbidir...
- İndi əsgərliyə getməyən kişilər də var.
- Sabah müharibə başlasa, futbolçu Murad Ağakişiyev silahdan istifadə etməyi bacarırmı?
- Futbolçu Murad sabah müharibə başlasa, avtomat atmağı bacarmasa da, avtomatı əlinə götürüb atacaq.
- Son vaxtlar mətbuatdan qaçmağınızın səbəbi nədir?
- Qaçmıram. Sadəcə mətbuat itirib-axtarmır.
- Həyatda nədən qorxursunuz?
- Anamı itirməkdən.
- Elə bir arzunuz olubmu ki, ona çatmamısınız?
- Olub. İtirmək istəmədiyim insanı sevindirmək, kölnünü almaq və mənimlə fəxr etməsini istəmişəm.
- Ailə həyatı qurduqdan sonra istər-istəməz o sevgi eyni səviyyədə davam etmir...
- Həyatda anama olan sevgim sonsuzdur. Heç vaxt anama qarşı olan sevgim bitməyəcək.
- Evlənmək haqda düşünürsünüzmu?
- Evlənmək heç vaxt gec deyil. Əsas məqsədim əvvəlki formamı bərpa edib karyeramı uğurlu şəkildə davam etdirməkdir. Birinci karyeramdır.
- Bunun üçün Murada nə lazımdır?
- Yeni mövsümdə normal komanda ilə yeni müqavilə və səylə məşq etməkdir. İlk növbədə klubumu yaxşı yerlərə gətirmək və sonra milli komandaya düşməkdir.

0
0