“Xəzər-Lənkəran”ın futbolçusu: Bəzi şeylər var ki, danışa bilmirəm
05.06.2010 - 13:01
“Haqqımda yayılan xəbərlərlə tanışam. “Xəzər-Lənkəran”la 1 illik müqaviləm qüvvədə olsa da, bu klubu tərk etmək ehtimalım var. Karyeramı harada davam etdirəcəyim gələn həftənin bazar ertəsi müəyyənləşəcək”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun futbolçusu Nizami Hacıyev deyib.
21 yaşlı yarımmüdafiəçi ötən ilin yayında "Olimpik-Şüvəlan"dan "Xəzər-Lənkəran"a keçib. Amma əsas heyətdə möhkəmlənə bilməyən Hacıyev cənub təmsilçisindən ayrılmaq istəməsini də bir növ bununla bağlayıb: “Çempionatın son 10 oyununda meydançaya çıxmamışam. Əlbəttə, bu, mənim üçün xoş deyil. Az oynasam da, "Xəzər- Lənkəran" mənə doğmadır. Əgər seçim qarşısında qalsam, ilk növbədə hazırkı klubumla danışıqlara başlayacağam. Yəni "Xəzər-Lənkəran"da qalmağı, oynamağı istəyirəm. Bu məsələdə əsas rolu vaxt oynayır. Bazar ertəsi hər şeyə aydınlıq gələcək”.
Nizami Hacıyev sabiq komandası "İnter"ə qayıtmasını real sayıb: "Bəli, bu variant kifayət qədər realdır. Mən ailə həyatı qurmuşam. Uşağı görməyəndə özümü həqiqətən də pis hiss edirəm. Hələ ata-anam üçün darıxmağımı demirəm. Bəzi şeylər var ki, bunları tez-tez dilə gətirə bilmirəm”.

0
0