Aslanla Elmar milli komandaya çağırıldı
07.06.2010 - 09:51
Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının Moldovada beynəlxalq turnirdə yollanacaq heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Oliver Pelzer Sumqayıtda keçdiyi seleksiya xarakterli toplanışdan sonra heyəti müəyyənləşdirib. Alman çalışdırıcı Moldovaya 18 futbolçu aparacaq. Bunlar Tural Məmmədli, Elşən Abdullayev, Emil Balayev, Cavid Muxtarzadə, Rəşad Əzizov, Məqsəd İsayev, Elnur İsmayılov, Tural Hümbətov, Aslan Hüseynov, Taleh Kərimov, Samir Rüstəmli, Mahir İbrahimov, Mətin Əbilsoy, Elmixan Məmmədov, Elmar Bağırov, Samir İbrahimov, Əsgər Nəcəfəliyev və Oruc Balaşlıdır.
Qeyd edək ki, yığmamız iyunun 8-dən 12-dək keçiriləcək turnirdə Moldova, Rumıniya və Belarusla görüşəcək.
Mənbə: affa.az
Qeyd edək ki, yığmamız iyunun 8-dən 12-dək keçiriləcək turnirdə Moldova, Rumıniya və Belarusla görüşəcək.
Mənbə: affa.az
0
0