“Tvente”nin futbolçusu Azərbaycan milli komandasına qarşı
07.06.2010 - 09:58
“Tvente”nin futbolçusu Azərbaycan milli komandasına qarşı
Qadınlar arasında dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının növbəti rəqibi olan Belçika yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, belçikalıların baş məşqçisi Anna Noe yığmamızla görüşə cəmi 17 futbolçu dəvət edib.

Rəqibimiz iyunun 19-dakı qarşılaşmaya matçın keçiriləcəyi Tubitsedə başlayıb. Xanım mütəxəssis Belçika klublarında çıxış edən futbolçularla yanaşı, Hollandiyada legioner həyatı yaşayan iki həmyerlisini də millimizə qarşı matçda sərəncamında görəcək. Onlardan biri – Lena Onzia “Tvente”nin oyunçusudur.

Belçika yığmasının heyəti
Sabrina Broos (“Leuven”), Niki de Kuk (“Villem”, Hollandiya), Lien Kestelut, Mariorie de Rammelare, Anne Putemans (hamısı “Anderlext”), Sessi Torriyelle, Hanne van de Qor, Aline Zeyler, İnqe Heyremans (hamısı “Sent-Trüden”), Sofi Lefövre (“Sinay”), Davina Filtyens, Rieta Loos, Ketrin Torfs, Sofi van Houtven (hamısı “Standard”), Lien Mermans (“Yevas Tienen”), Lena Onzia (“Tvente”, Hollandiya), Yeva van Dal (“Dames Zulte”).

Qeyd edək ki, Belçika yığması ilə ötən il noyabrın 22-də Bakıda keçirilən oyunda millimiz qolsuz heç-heçə ilə kifayətlənmişdi.