“Qalatasaray” azərbaycanlı futbolçunu Rusiya çempionu ilə dəyişir
07.06.2010 - 10:15
“Qalatasaray” rəhbərliyinin transfer etmək istədiyi daha bir futbolçu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Cim Bom” Rusiya “Rubin”ində çıxış edən türkiyəli hücuma meylli yarımmüdafiəçi Gökdəniz Karadənizi heyətinə qatmaq istəyir.
İstanbul təmsilçisinin baş məşqçisi Frank Raykaard da bu keçidə razılıq verib. Klub rəsmiləri Karadənizi mərkəz müdafiəçisi Sərvət Çətinlə dəyişməyə çalışacaq.
Raykaarda lazım olmayan Türkiyə yığmasının əslən azərbaycanlı olan üzvünə “Rubin” də iddia edir. “Qalatasaray”ın Sərvətə görə 8 milyon avro istəməyi transferi çətinləşdirir. “Cim Bom” rəhbərliyi “Rubin”ə budəfəki müraciətində Gökdənizin keçidinin qarşılığında pul və Sərvəti təklif etmək fikrindədir. Türkiyəlilər bununla əlaqədar bu həftə Rusiyaya səfər etməyi planlaşdırır.
Qeyd edək ki, vətənində “Trabzonspor”da çıxışı ilə tanınan Gökdəniz 2008-ci ildə “Rubin”ə keçib. Son iki mövsümdə Kazan təmsilçisinin heyətində dalbadal ölkə çempionluğu qazanan 30 yaşlı futbolçu yığması ilə son Avropa çempionatının bürünc medalını qazanıb.

0
0