Almaniyalı menecerlər milli komandamızın futbolçularından əl çəkmirlər
07.06.2010 - 12:02
Azərbaycan yığmasının futbolçularının xarici klublara keçməsi üçün növbəti imkan yaranıb. Apasport.az saytının məlumatına görə, almaniyalı menecerlər Avro-2012-nin seçmə mərhələsində həmvətənlərimizin oyunlarını izləyəcəklər. Növbəti seçmə mərhələnin startını gözləyən almanlar bu il həmyerliləri Berti Foqtsun yetirmələrini nəzərdən keçirmək fikrindədir. Özü də bunlar əsasən Foqtsun təşəbbüsü ilə müqavilə bağlayan futbolçulara aiddir. Onlar arasında Elnur Allahverdiyev, Mahir Şükürov və bir neçə yığma üzvü var.
Bu mənada sentyabrın 7-də Almaniya ilə səfərdə keçirəcəyimiz rəsmi oyun menecerlərin xüsusi diqqət mərkəzində olacaq. Həmin görüşlə seçmə mərhələyə açılış edən Foqtsun komandası növbəti oyununu ona yaxşı tanış olan məkanda – oktyabrın 8-də Avstriyada keçirəcək. Məlum olduğu kimi, millimiz son hazırlıq prosesini, yoldaşlıq görüşlərini məhz bu ölkədə keçirib. İkinci Bundesliqa təmsilçisi - “Fortuna” klubunun Volf Verner Foqtsun dəvəti ilə futbolçularımızı izləmək üçün Avstriyaya gəlmişdi. Yığmamız bu il son rəsmi oyunun oktyabrın 12-də Bakıda Türkiyə yığması ilə keçirəcək.
Qeyd edək ki, Foqts hələ ötən il vətənində olduğu zamanı futbolçularımızı yaxşı tanıdığı menecerlə tanış etmişdi. Həmin almaniyalı Foqtsla yanaşı, Lotar Matteus, Mattias Zammer, Oliver Kan kimi tanınmış həmyerlilərinə menecerlik edib. Yığmamız ötən ilin noyabrında Dubayda beynəlxalq turnirdə iştirak etdiyi zamanı ora gələn almaniyalı menecer maraqlandığı azərbaycanlı futbolçularla əməkdaşlıqla bağlı rəsmən anlaşmışdı. Həmin vaxt Mahir ikinci Bundesliqadan rəsmi təklif almışdı. Yaxşı əlaqələrə malik menecerin Almaniya ilə yanaşı, Rusiya, Ukrayna, Türkiyə, Hollandiya klubları ilə işbirliyi var.

0
0