Milli komandamızın iki futbolçusu Türkiyəyə getdi
07.06.2010 - 13:19
Ağdamın “Qarabağ” klubunun futbolçuları Rəşad Sadiqovla Əfran İsmayılov Türkiyəyə yollanıb. Apasport.az saytının məlumatına görə, həkim müayinəsindən keçən millimizin üzvləri Bakıya qayıtmayacaqlar.
Rəşadla Əfran iyunun 10-da birbaşa Ankaraya, “Qarabağ”ın qaldığı otelə gələrək, komandaya qoşulacaq. Artıq yeni mövsümə hazırlığı başlayan, məşqlərini gündə iki dəfə olmaqla Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda davam etdirən bürünc medalçı bu ayın 10-da Türkiyəyə üz tutacaq.
Həmin vaxt Avroliqaya hazırlığın Bakı mərhələsini başa vuracaq “Qarabağ” Qızılcahamamda məskunlaşacaq. Komandanın yığmanın düşərgəsində olan futbolçuları vətənə dönsə də, həmin 7 futbolçu məşqlərə qatılmır. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov onlara verdiyi istirahət 9-da bitəcək. Ertəsi həmin futbolçular da “Qarabağ”la birgə Türkiyəyə gedəcək.
Qeyd edək ki, “Qarabağ” Avroliqada ilk oyununu iyulun 1-də keçirəcək.

0
0