“Rəhbərlik məni baş məşqçi postunda saxlayır”
07.06.2010 - 13:28
“Mənim komanda ilə 3 il müddətini əhatə edən müqaviləm var. Klubdaxili iclas zamanı da vəzifəmin icrasını davam etdirməyim tapşırıldı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun baş məşqçisi Fuad İsmayılov deyib.
Ötən il yenidən böyük futbola qayıdan və I divizionda mübarizə aparan “Gəncə” yekunda aşağı dəstənin qalibi oldu. Qızıl medal qazanan “Gəncə” həm də Premyer Liqada mübarizə aparmaq hüququ əldə etdi. Lakin sön vaxtlar ölkə mətbuatında bu uğurda əməyi olan baş məşqçi Fuad İsmayılovun postundan kənarlaşdırılacağı, yerinə isə Mehman Allahverdiyevin gətiriləcəyi barədə məlumatlar dərc olunub. Məsələyə aydınlıq gətirən İsmayılov bunları şayiə adlandırıb: “Rəhbərlik məni baş məşqçi postunda saxlayır. Müqaviləmin sonuna qədər komandadayam”.
Daha sonra İsmayılov komandanın planları barədə də danışdı: “Hazırlığa nə vaxt başlayacağımız dəqiqləşməyib. Birinci divizionun qalibi olduğumuza görə, PFL rəhbərliyi qızıl medal təqdim edəcək. Bundan sonra planlarımızı açıqlayacağıq. Təbii ki, heyətdə dəyişikliklər olacaq. Gedənlərlə yanaşı, yeni futbolçular transfer edəcəyik”.
Son vaxtlar Gəncə futbol məktəbinin yetirmələrinin yenidən öz doğma klublarına dönəcəyi barədə məlumatlar yayılsa da, baş məşqçi bunu təkzib etdi: “Onların öz klubları ilə müqaviləsi var. Belə olan halda, bizim komandaya keçə bilməzlər”.

0
0