Azərbaycan yığmasına 18 futbolçu çağırıldı
07.06.2010 - 14:57
Azərbaycan yığmasına 18 futbolçu çağırıldı
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın iyunun 10-dan 25-dək keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək oyunçuların siyahısı məlum olub.

Komandamızın baş məşqçisi Emil Cabbarov hazırlıqlara 18 futbolçu - Elvin Quliyev, İlham Əzizzadə, Emin Kürdov, İlqar Abdullayev, Renat Sultanov, Rövşən Hüseynli, Elşad Quliyev, Hikmət Bağırov, Seymur Məmmədov, Sabir Allahquliyev, Asif Zeynalov, Namiq İsgəndərov, Müslüm Hüseynov, Elnur Əhmədov, İlkin Hacıyev, Orxan Məmmədov, Əbdül Əliyev və Seymur Bəydəmirovu çağırıb.

Qeyd edək ki, təlim-məşq toplanışı Bakıda keçiriləcək.

Mənbə: affa.az