Ruslar yığmamızın sabiq baş məşqçisi ilə bağlı yanlışlığa yol verdilər
07.06.2010 - 17:39
Rusiya mətbuatı Azərbaycan yığmasının sabiq baş məşqçisi Karlos Alberto Torresi yada salıb. Apasport.az saytının məlumatına görə, həmkarlarımız dünya çempionları (DÇ) olmuş yığmaların kapitanlarını xatırlayıb.
Onlar arasında 1970-ci ildə Meksikada keçirilən DÇ-də Braziliya yığmasının kapitanı kimi kuboku başı üzərinə qaldıran Torres də var. 66 yaşlı braziliyalı mütəxəssis 2004-cü ilin fevralından 2005-ci ilin iyununa kimi milli komandamızı çalışdırıb: “Torresin finalda İtaliya yığmasına vurduğu qol dünya futbolu tarixində ən yaxşı qollardan biri sayılır. O, 2005-ci ildə Azərbaycan yığmasının məşqçisi olub. Ancaq Polşaya (0:8) məğlubiyyətdən sonra istefa verib və siyasətlə məşğul olub”.
Rusların Torreslə bağlı yanlışlığa yol verməsi diqqətimizdən yayınmadı. Əvvəla, o, 2005-də yox, əvvəl qeyd etdiyimiz kimi, 2004-05-ci illərdə yığmamızı çalışdırıb. Ən əsası, Torres Polşaya səfərdə 0:8 yox, Bakıda 0:3 hesablı məğlubiyyətdən sonra postundan gedib. Özü də braziliyalı istefa verməyib, istefaya göndərilib. AFFA rəhbərliyi polşalılarla evdə böyük hesabla uduzduğumuz oyunda baş hakimin texniki zonadan qovduğu Torreslə müqaviləni vaxtından əvvəl pozaraq, onunla yollarını ayırdı.

0
0