“Qarabağ” püşkatmaya yenə qatılmır
07.06.2010 - 23:06
“Qarabağ” püşkatmaya yenə qatılmır
Ağdamın “Qarabağ” klubu avrokubokların püşkatmasında təmsil olunmaya bilər. Bu barədə məlumatı apasport.az saytına komandanın direktoru Əmrah Çəlikəl verib. O bildirib ki, 2 həftədən sonra İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbirə qatılmaqda o qədər də maraqlı deyillər: “Sözün düzü, dəqiqləşdirməmişik ki, püşkatma mərasimində klubumuzu kim təmsil edəcək. Ancaq ötən il olduğu kimi, yenə “Bakı”nın nümayəndəsinin bizi də təmsil etməsi istisna deyil”.

Xatırladaq ki, ötən il püşk zamanı “Qarabağ”ı tədbirdə iştirak edən “Bakı”nın baş eneceri Zeynal Məmmədov təmsil etmişdi.