Nazim Süleymanovun xələfi dünyasını dəyişdi
08.06.2010 - 09:50
Nazim Süleymanovun xələfi dünyasını dəyişdi
Tanınmış rusiyalı mütəxəssis Arsen Naydenov dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, Bakının “Olimpik-Şüvəlan” klubunun baş məşqçisi Nazim Süleymanovla müxtəlif illərdə birgə işləmiş təcrübəli çalışdırıcı 69 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.

Naydenov Soçinin “Jemçujina” klubunda baş məşqçi olduğu zamanı tanınıb ki, Süleymanovla yolları məhz orada kəsişib. Belə ki, milli komandamızın ilk kapitanı olan veteran hücumçumuz 1997-ci ildə məhz onun rəhbərliyi altında “Jemçujina”da oynayıb. Süleymanov Soçi təmsilçisinin 2002-ci ildə Rusiya çempionatının ikinci divizionda çıxış edən zaman baş məşqçisi olub. Bundan bir il sonra həmyerlimiz istefa verib ki, həmin vaxt baş məşqçi postunda xələfi Naydenov olub.

Qeyd edək ki, “Jemçujina” Rusiya çempionatının güclülər dəstəsinə məhz Naydenovun rəhbərliyi altında çıxıb.