Sadıq Sadıqov: Araz “Everton”un heyətində 3 oyun keçirəcək
08.06.2010 - 12:51
Bakının “Neftçi” klubunun və Azərbaycan yığmasının futbolçusu Araz Abdullayev bu həftə İngiltərə yollanacaq. Bu haqda apasport.az saytına komandanın prezidenti Sadıq Sadıqov məlumat verib. Onun sözlərinə görə, “Everton” transfer etmək istədiyi 18 yaşlı yarımmüdafiəçinin yolunu gözləyir.
“Arazın səfəri ilə bağlı bütün məsələlər tam həll olunub. İnşallah, cümə günü Abdullayevi komandamızın tərcüməçisi ilə birgə Liverpul şəhərinə göndəririk. İngilis menecer bizə deyib ki, Araz tibbi müayinədən keçdikdən sonra üç yoxlama görüşündə meydana çıxacaq” – deyə, Sadıqov bildirib.
Prezident vurğulayıb ki, Abdullayev Liverpul təmsilçisində tibbi müayinədən keçdikdən sonra müqavilə barədə düşünəcəklər: “Bu məqsədlə ya biz ora gedəcəyik, ya da onlar Bakıya gələcək. İstənilən halda, anlaşma imzalanacaq. İngilislər Arazı bəyəniblər, 3-4 aydır futbolçu üstündə mübarizə gedir. Onu əsas, yoxsa əvəzedici komandaya götürəcəklərini deyə bilmərəm. Ancaq əsas odur ki, “Everton” inadından əl çəkmir və Arazı istəyir”.
İngilis klubu ilə müqaviləyə də toxunan Sadıqovun sözlərinə görə, Abdullayevin xeyrinə olan bəzi şərtlər var: “Araz instituta daxil olmaq, ali təhsil almaq istəyir. Deyir ki, qiyabi təhsil almaq fikrindədir. Bunun üçün də iki dəfə sessiyaya gəlməlidir. Biz də “Everton”la müqavilə imzalayanda bunu nəzərə alacağıq. Yazırlar ki, “Neftçi” bu transferdən pul qazanmaq istəyir. Ancaq sizə bəyan edirəm ki, Arazın “Everton”a keçidində bizə 1 manat belə lazım deyil”.

0
0