“Bakı”nın yeni baş məşqçisi: Ketsbaya və Zikonun əvəzləyicisi
08.06.2010 - 13:10
“Bakı” yeni baş məşqçisi Bojidar Bandoviçin çalışdırıcılıq karyerasında ikinci komandadır. Apasport.az saytının məlumatına görə, 41 yaşlı serbiyalı mütəxəssis ölkəmizə gələnədək Yunanıstanın məşhur “Olimpiakos”undan başqa heç bir komandada məşqçi kimi çalışmayıb.
1969-cu il avqustun 30-da artıq tarixin yaddaşına köçən Yuqoslaviyada anadan olan Bandoviç vətənində başladığı futbolçu karyerasını Yunanıstanda bitirib. “Staumers (1986-89), “Sutyeska” (1989-92), “Srvena Zvezda” (1992-95) klublarında oynayan müdafiəçi 15 il əvvəl vətənini tərk edib. Bunadək 1995-ci ildə Serbiya çempionu, 1993 və 1995-də ölkə kubokunu qazanıb. Serbiyalı Yunanıstanda “Etnikos” Pirey (1995-96), “Paniliakis” (1996-97, 2001-02), “Olimpiakos” (1997-98), PAOK (1998-2000), “Etnikos” Asteras (2001-02) klublarında oynadıqdan sonra karyerasını bitirib.
Bandoviç baş məşqçi kimi 2009-cu ilin sentyabrında debüt edib. O, “Olimpiakos” klubundan istefaya göndərilən gürcüstanlı Temuri Ketsbayanın gedişindən sonra 6 günlük baş məşqçi vəzifələrini icra edib. Sentyabrın 15-20-si aralığında olan dövrdə serbiyalı komandasının 2 qələbəsinə sevinib. Lakin bu qələbələr də onun baş məşqçi kimi qalmasına kömək etməyib. Yunanlar əfsanəvi Zikonu bu posta gətirib. Bu il yanvarın 19-da isə braziliyalı istefaya göndərilib və Bandoviç baş məşqçi təyin olunub. O, mövsüm bitdikdə klubla yollarını ayıraraq “Bakı”dan aldığı təklifi dəyərləndirib.
Qeyd edək ki, “Bakı”nın yeni baş məşqçisi “Srvena Zvezda”dakı çıxışları ilə tanınan digər futbolçu Neboyşa Bandoviçin kiçik qardaşıdır.

0
0