Almanlar futbolçularımızı yavaş-yavaş qapıçıya çevirirlər
08.06.2010 - 15:08
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Moldovada keçirilən beynəlxalq turnirdəki start oyunu qeyri-adi sonluqla başa çatıb. Apasport.az saytının məlumatına görə, Belarusla qarşılaşmanın son 20 dəqiqəsində komandamızın qapısını qapıçı deyil, sahə oyunçusu qoruyub.
Buna Emil Balayevin 60-cı dəqiqədə ikinci sarı vərəqə ilə cəzalanması və həmin anadək baş məşqçi Oliver Pelzerin əvəzetmələr limitini bitirməsi səbəb olub. Hesab rəqibimizin xeyrinə olarkən (1:3) yaranan bu vəziyyət sahə oyunçularından birinin məsuliyyəti üzərinə götürməsinə səbəb olub. Qapıda duran Aslan Hüseynov cəmi 1 qol buraxaraq, heç də pis təsir bağışlamayıb. Matç isə 2:4 hesabı ilə başa çatıb ki, yığmamızda qolları Məqsəd İsayev və Elşən Abdullayev vurublar.
Xatırladaq ki, belə qeyri-adi hadisə Azərbaycan yığmaları üçün adi hala çevrilməkdədir. Ötən il 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Avstriya ilə səfər oyununa bir qapıçı aparan millimiz bunun cəzasını çəkmişdi. O vaxt digər almaniyalı mütəxəssis Bernard Lippertin təkcə Osman Umarovun yetərli olacağını düşünməsi yanlış olmuşdu.
Meydandan qovulan milliləşən rusiyalı qapıçının yerini Vurğun Hüseynov tutmuşdu. Nə qədər maraqlı olsa da, tarix yenə təkrarlanıb: yenə yığmamız, yenə alman məşqçi, yenə xilaskar Hüseynov və yenə məğlubiyyət.

0
0