“Neftçi” klubunun futbolçusu üçün unikal qarşılaşma
08.06.2010 - 16:35
Estoniya millisi unikal oyunun iştirakçısı olacaq. Apasport.az saytının məlumatına görə, Baltikyanı ölkə yığması uşaqlardan ibarət komanda ilə görüşmək qərarına gəlib. Estoniyanın azyaşlı istedadlarından ibarət komanda 500 nəfərdən ibarət olacaq. Baş tutacaq 2 mini oyunun hər birində peşəkar futbolçulara qarşı 250 uşaq mübarizə aparacaq.
Matçlarda “Neftçi” klubunun futbolçusu Dmitri Kruqlov və “Xəzər-Lənkəran”dan kənarlaşdırılan Tixon Şişov da meydana çıxacaq. Uşaqlara sevinc bəxş etmək məqsədilə təşkil olunan qarşılaşma ərəfəsində estoniyalıların baş məşqçisi Tarmo Ruutli problemlə üzləşib: “Heç bilmirəm hansı taktikadan istifadə edim”.
Qeyd edək ki, yaşıl meydanda qarışqa toplusunu xatırladan rəqiblə oynamaq ənənəsini İspaniyanın “Atletik” klubu qoyub. Bilbao təmsilçisi bir müddət əvvəl hər hissədə 100 uşaqdan ibarət heyətə malik rəqiblə oynamalı idi. Lakin ilk yarıda 100 nəfərlə oynayan balacalar fasilədən sonra 200 nəfərlə mübarizə aparmışdı. Kruqlov və yoldaşları bu 200 rəqəmini 250-yə çatdırmaqla, yeni göstəriciyə də imza atacaq.

0
0