Premyer Liqa geriləyir
08.06.2010 - 16:49
Dünyanın ən gəlirli çempionatı məlum olub. Apasport.az saytının məlumatına görə, 2009/10 mövsümünün yekunlarına əsasən Almaniya Bundesliqası planetin ən çox qazanc gətirən futbol çempionatı sayılıb.
“Deloitt” şirkətinin araşdırmalarına görə, Almaniya birinciliyinin klublarının apardığı əməliyyatlar ümumilikdə 172 milyon funt sterlinq mənfəət gətirib. Ötən mövsüm birinci pillədə olan İngiltərə Premyer Liqası isə mövqeyini əldə verib. Buna qazancın təxminən ikiqat azalması səbəb olub. Belə ki, 2008/09 mövsümündəki 185 milyon funt sterlinqlik gəlir bu dəfə 79 milyonadək enib.
Bundesliqanın birinci yerdə olması onların buna təsir edən iki göstəricidə aşkar liderliyi ilə əlaqədardır. Almaniyalılar başa çatan mövsümdə həm tamaşaçıların sayına, həm də futbolkaların üzərində yazılan reklamların gətirdiyi gəlirlərə görə də hamıdan öndə olub.

0
0