Rəşad Sadiqov: Həkim mənə dedi ki, ayağındakı ağrılar 2-3 ay davam edəcək
08.06.2010 - 17:24
“Ağrılarım 2-3 ay davam edəcək. Komanda yoldaşım Əfran İsmayılovla birlikdə həkim müayinəsindən keçdik. Özümü bir müddət gözləməliyəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və “Qarabağ” klubunun yarımmüdafiəçisi Rəşad Sadiqov deyib.
Başa çatan mövsüm çərçivəsində “Bakı” ilə oyunda zədələnən və bu üzdən çempionatı erkən bitirən Sadiqov müalicəsini Bakıda həyata keçirsə də, o, həkim nəzarətindən keçmək üçün Türkiyəyə yollanıb. Ancaq nəticə heç də Rəşadın istədiyi kimi olmayıb. Belə ki, həkim yığmamızın yarımmüdafiəçisinə ağrıların 2-3 ay davam edəcəyini açıqlayıb: “Sümükdə çirk qalıb. Həkimin dediyinə görə, bu cür zədələr üçün normaldır. Ona görə də ağrılar 2-3 ay davam edəcək. Ancaq həkim məşqə çıxmağıma icazə verib. O, ağrılar şiddətlənəndə istirahət etməyimiz məsləhət gördü. Ancaq bir neçə dəfə ağrılar ola-ola məşq etmişəm. Bir müddətdən sonra həmin ağrılar çəkilir”.
Sadiqov bildirib ki, “Qarabağ”ın Türkiyəyə gəlməsini gözləyir: “Kollektivə qoşulacağam və məşqlərdə iştirak edəcəyəm”.

0
0