Arda Turan sevgilisinin ayağını yerdən “üzdü”
08.06.2010 - 18:47
Türkiyə yığmasının və “Qalatasaray” aparıcı futbolçusu Arda Turan sevgilisi Sinəm Koralın ayağını yerdən “üzüb”. Apasport.az saytının məlumatına görə, “sarı-qırmızılar”ın kapitanı gələcək həyat yoldaşının kirayə götürərək BMW sürməsini qəbul etməyib və ona “RANCE ROVER” hədiyyə edib. 290.000 Türkiyə lirəsinə alınan avtomobil Sinəmin ürəyincədir. Onun fikrincə, Ardanın bu hədiyyəsi onların bir-birinə qarşı olan sevgisinin gücündən irəli gəlib.
Qeyd edək ki, az öncə futbolçunun Sinəm Koralın baş rolda oynadığı “Romantik komediya” filmini də canlı izləməsi aktrisaya xoş gəlmişdi və onu çox sevdiyinə bir daha əmin etmişdi.
Qeyd edək ki, az öncə futbolçunun Sinəm Koralın baş rolda oynadığı “Romantik komediya” filmini də canlı izləməsi aktrisaya xoş gəlmişdi və onu çox sevdiyinə bir daha əmin etmişdi.
0
0