Ramos Mərakeşə gedir
08.06.2010 - 22:07
Ramos Mərakeşə gedir
"Tottenhem", "Real", "Sevilya" və MOİK-in sabiq baş məşqçisi Xuande Ramos fəaliyyətinə Mərakeş çempionatında davam edəcək. apasport.az saytının xəbərinə görə, o, VAK klubunun baş meneceri vəzifəsinə təyinat alıb.

"Ramos iyunun 14-də kluba gələrək rəhbərliklə görüşəcək və müqavilə imzalayacaq. Onun Kasablankada yaşamasına ehtiyac olmaması barədə razılığa gəldik. Ramos ayda bir neçə dəfə kluba işlərin axarına nəzarət üçün baş çəkəcək. O, klubumuzda Avropa təşkilatçılıq sisteminin qurulmasına yardım edəcək" – deyə, VAK yetkililəri bildiriblər.

Ramosun VAK-da ildə nə qədər maaş alacağı açıqlanmayıb.