“Qalatasaray” Elano Blumeri satır
08.06.2010 - 23:15
“Qalatasaray” Elano Blumeri satır
“Qalatasaray”dan ayrılması gözlənilən braziliyalı Elano Blumerə Rusiya klublarından təkliflər gəlir. Apasport.az saytının xəbərinə görə, MOİK və "Spartak" (Moskva) nümayəndələrinin futbolçunun transfer dəyəri ilə maraqlandıqları bildirilir.

"Qalatasaray" 7 milyon avroya aldığı Elanonu dünya çempionatında yaxşı oyun göstərəcəyi təqdirdə 10 milyon avroya satmağa ümid edir. Elano "Qalatasaray"a "Mançester Siti"dən transfer olunmuşdu. "Qalatasaray"ın daha bir neçə əcnəbi legionerinin komandanı tərk edə biləcəyi vurğulanır.