Serbiyalı futbolçu “Fənərbaxça”ya “atdı”
08.06.2010 - 23:18
Serbiyalı futbolçu “Fənərbaxça”ya “atdı”
Moskva MOİK-inin serb futbolçusu Miloş Krasiç "Yuventus"a keçməyə razılıq verib. Apasport.az saytının xəbərinə görə, indi "qoca sinyora"nın MOİK rəhbərliyi ilə ortaq məxrəcə gəlməsi qalır.

Krasiçin transfer dəyərinin 15 milyon avro olduğu bildirilir. Bir müddət əvvəl Türkiyə mətbuatı "Fənərbaxça"nın nümayəndələrinin Krasiçlə görüşərək onun dilindən İstanbul klubuna keçməyə razı olması barədə söz aldığını yaymışdı. Belə görünür ki, Krasiç onunla təmasda olan bütün klub menecerlərini aldatmaqla məşğuldur. Onunla "İnter" və "Mançester Yunayted" də yaxından maraqlanır.