Azərbaycan milli komandası autsayderə qarşı
09.06.2010 - 09:32
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iştirak etdiyi Moldova Futbol Federasiyasının kuboku turnirində ilk tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, yığmamızın Belarusa 2:4 hesabı ilə məğlub olduğu turun digər görüşündə Moldova və Rumıniya yığmaları üz-üzə gəlib. Qonaqlar 3 cavabsız qol vuraraq, böyük hesablı qələbə qazanıb – 3:0. Rumıniyalıların qollarından ikisini Bumba, birini Petresku vurub.
Qeyd edək ki, sabah keçiriləcək 2-ci turda autsayderlər - Azərbaycan və Moldova yığmaları bir-biri ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, sabah keçiriləcək 2-ci turda autsayderlər - Azərbaycan və Moldova yığmaları bir-biri ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
0
0