“Bakı” seçim qarşısında: Ya Bandoviç, ya Şafer!
09.06.2010 - 09:47
“Bakı” klubunun danışıqlar apardığı almaniyalı mütəxəssisin adı məlum olub. Apasport.az saytının məlumatına görə, paytaxtın eyniadlı komandası 60 yaşlı Vinfred Şaferlə danışıqlar aparır.
Artıq bakılıların məşhur mütəxəssislə razılığa gəldiyi iddia olunur. Bildirilir ki, hətta “Fənərbaxça” və “Qalatasaray” rəhbərliyinin də arxasınca düşdüyü Şafer ona daha cəlbedici təklif edən “Bakı”ya üstünlük verib. Vətənində 1996-cı ilin məşqçisi seçilən mütəxəssis “Ştutqart” və “Karlsrue”ni çalışdırıb.
Kamerun millisini çalışdırması ilə tanınan Şafer 2002-ci ildə Afrika çempionu, bir il sonra Konfederasiyalar Kubokunun gümüş mükafatını qazanıb. 2003-cü ildə Afrikanın ən yaxşı məşqçisi seçilib. Sonradan Birləşmiş Ərəb Əmirliklərində çalışan Şafer ölkə çempionu və Superkuboku qazanıb. Şaferin futbolçu karyerasına gəlincə, 1968-70-ci və 1977-79-cu illərdə Mönhenqladbaxın “Borussiya” klubunda Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsla çiyin-çiyinə oynayıb.
Bu gün axşam saatlarında ölkəmizə gələcək alman mütəxəssis “Bakı” rəhbərliyi ilə görüşəcək. Ölkəmizi Avropa Liqasında uğurla təmsil etmək istəyən “Bakı”nın baş məşqçi ilə bağlı bu qərarı Almaniyada da böyük əks –səda doğurub.
Qeyd edək ki, bakılılar serbiyalı Bojidar Bandoviçlə də danışıqlar aparır. Klubun vitse-prezidenti Zeynal Məmmədov da serb və alman məşqçilərlə danışıqlar apardığını bildirsə də, onların adını çəkməyib.

0
0