“Azərbaycan yığmasının futbolçuları çoxlu səhvlərə yol verdilər”
09.06.2010 - 10:18
“Azərbaycan yığmasının futbolçuları çoxlu səhvlərə yol verdilər”
“Belarus yığmasının nə qədər güclü kollektiv olduğunu ötən turnirdə görmüşdük. Birinci dəfə idi ki, bu sxemlə oynayırdıq. Görüşün əvvəllərində çoxlu səhvlərə yol verdik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının (U-17) baş məşqçisi Oliver Pelzer deyib.

Moldovada təşkil olunan beynəlxalq turnirdə ilk oyunda Belarusun U-17-i ilə keçirən yığmamız 2:4 hesabı ilə uduzub. Pilzerin sözlərinə görə, məğlubiyyətin əsas səbəbi futbolçuların böyük səhvlərə yol verməsidir: “Bunun məntiqi nəticəsi kimi ilk hissədə qapımızdan iki top buraxdıq. İkinci hissə başlayan kimi daha bir səhv hesabın artmasına gətirib çıxartdı. Lakin uşaqlar sona doğru öz oyununu tapdı və iki top vuraraq hesab arasındakı fərqi də azaltdı. Hətta üçüncü qolu vurmağa da yaxın olduq. Lakin rəqibin qapıçısı komandasını real qoldan xilas etdi. Artıq qarşıdakı iki oyun barədə düşünməliyik”.

Qeyd edək ki, yığmamız turnirdə ikinci oyununu sabah Moldova ilə keçirəcək.

Mənbə: affa.az