Bakıda qanı tökülən futbolçu rekord vurdu
09.06.2010 - 12:30
Sesk Fabreqas İspaniya milli komandasının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, London “Arsenal”ının 23 yaşlı kapitanı yığmada 50 oyun keçirən ən gənc futbolçu kimi rekord vurub.
İspaniya millisinin əfsanəvi qapıçısı Andoni Subisarreta ən çox oyun (126) keçirən futbolçu olsa da, Fabreqasın yaşında hətta debüt etməyib. Yığmada hazırda ən çox oyun keçirənlər Madrid “Real”ın futbolçuları İker Kasilyasla (104) Raul Qonsalesdir (102). Kasilyas millidə kapitan olduğu halda, Raul xeyli vaxtdır çağırılmır. Ancaq onlar ilk dəfə yığmalarında müvafiq olaraq 24 və 25 yaşında debüt ediblər.
Qeyd edək ki, “Barselona”ya keçəcəyi gözlənilən Fabreqas ötən yay yığmasının heyətində Bakıya gəlib. Ancaq Tofiq Bəhramov adına Respublika stadionunda 6:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşü onun üçün uğursuz olmuşdu. Belə ki, Zeynal Zeynalovla toqquşmadan sonra başı partlayan, fasilədə əvəzlənən Seskə 6 tikiş qoyulmuşdu.

0
0