Robertas Poşkus “İnter” klubu ilə yeni müqavilə bağlamağa razılıq verdi
09.06.2010 - 12:18
Robertas Poşkus Bakının “İnter” klubunun yeni müqavilə təklifini qəbul edib. Bu barədə apasport.az saytına komandanın baş menecerinin müavini Kamran İsmayılov məlumat verib. Onun sözlərinə görə, ötən mövsüm komandanın ən yaxşı bombardiri olan litvalı hücumçu bitən anlaşmasını uzatmağa razılıq verib.
“Bildiyiniz kimi, Poşkus çempionat başa çatandan sonra yığmasının düşərgəsinə yollandı. O, Ukrayna millisi ilə səfərdə keçirilən yoldaşlıq görüşündə iştirak etdi. Komandamız artıq məşqlərə başlasa da, Poşkus gəlməyib. Bu da onunla bağlıdır ki, bizdə yığmada olmuş bütün futbolçulara iyunun 20-dək istirahət verilib. Mütəmadi əlaqə saxladığımız Robertas bizə həmin vaxt düşərgəyə gələcəyini deyib. Onun sözlərinə görə, yeni müqaviləni imzalamaqla bağlı problem yoxdur. Yəni, Poşkus “İnter”də çıxışını davam etdirmək istəyini deyib. Ancaq bu, onun dedikləridir və necə olacağını zaman göstərəcək. Latviyalı futbolçumuz Andrey Rubin də istirahətdir. Onun bizimlə müqaviləsi bitməyib” – deyə, İsmayılov bildirib.
Qeyd edək ki, ötən yaydan “İnter”də çıxış edən Poşkus vurduğu 12 qola bombardirlər yarışında ikinci olub.

0
0