Elvin Əliyev: Narazı qaldığım məqam maliyyə şərtləri ilə bağlıdır
09.06.2010 - 13:00
“Mövsümlərarası fasilədən istifadə edib, Türkiyəyə yollanmışdım. Bu səfər həm ziyarət, həm ticarət xarakterli idi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun kapitanı Elvin Əliyev deyib.
Türkiyədə oynamaq haqda düşünən 26 yaşlı müdafiəçi bildirib ki, bir həftəyə menecer və potensial klubundan konkret cavab alacaq: “Bu işlə məşğul olan meneceri çoxdan tanıyıram. Argentina və Braziliyadan yeni qayıtsa da, mənə vaxt ayırdı. Türk klubunun irəli sürdüyü şərtlərlə tanış oldum. Amma maliyyə tərəfi elə də ürəkaçan deyil. Hər halda, son qərarımı vermədiyimə görə narahatlığa əsas görmürəm. İnşallah, bir həftədən sonra konkret danışığa gedəcəyik”.
Elvin vətənə döndükdən sonra klubunun baş meneceri Zeynal Məmmədovla da görüşüb. Məmmədov Əliyevə xidmətində maraqlı olduqlarını bildirib: “Artıq 2 ildir oynadığım “Bakı” mənim üçün doğmalaşıb. Müqavilə müddətim başa çatsa da, bu klubda qalmağın əleyhinə deyiləm. Səmimi deyirəm, ölkə daxilindən də dəvətlər var. Amma mən ilk növbədə “Bakı”da qalmaq variantını əsas tuturam. Mənə yeni müqavilə də təklif ediblər. Lakin hələ fikirləşdiyimdən imzalamamışam”.
Əliyev yeni müqaviləyə hələ ki imza atmamağını belə əsaslandırıb: “Təbii ki, narazı qaldığım məqam maliyyə şərtləri ilə bağlıdır. Onların təklif etdiyi məbləğ məni qane etmir. Ona görə də məsələ açıq qalıb. Bu gün və ya sabah konkretləşəcək”.

0
0