“Anji” futbolçusunu Azərbaycan çempionunun əlindən aldı - FOTO
09.06.2010 - 14:05
Bakının “İnter” klubu gürcüstanlı müdafiəçi Georgi Navalovskinin xidmətindən istifadə edə bilməyəcək. Bu barədə apasport.az saytına komandanın baş menecerinin müavini Kamran İsmayılov məlumat verib. Onun sözlərinə görə, Mahaçqa təmsilçisi “Anji” qışda icarəyə verdiyi 24 yaşlı futbolçusunu geri qaytarıb. İsmayılov bildirib ki, artıq sol cinah müdafiəçisi ölkəmizdə çıxışını çempion kimi başa vurub.
Əslində “İnter” əsas heyət oyunçusu olan Navalovski ilə anlaşmanı uzatmaqda çox maraqlı olsa da, onun vətəndaşlıq məsələsi də “Anji”nin işinə yarayıb. Məsələ ondadır ki, Georgi milliyətcə gürcü olsa da, Rusiya vətəndaşlığını daşıyır. Bu isə onun legionerlərə limit qoyulan Rusiya Premyer Liqasında yerli oyunçu statusunda çıxış etməsinə imkan verir.
Belə olan halda, Mahaçqala klubunun yeni baş məşqçisi Hacı Hacıyev Navalovskini yenidən icarəyə verilməsini, yaxud birdəfəlik gedişini lazım bilməyib. Bununla da Georgi yığmamızın futbolçusu Mahir Şükürovla “İnter”də də olmasa, hər halda, “Anji”də komanda yoldaşı olacaq. Qışda Şükürovu Mahaçqala təmsilçisinə transfer edəndən sonra “bankirlər” müdafiənin cinahında yaranan boşluğu doldurmaq üçün Navalovskini yarım illiyə icarəyə götürmüş, bir sözlə, futbolçularını dəyiş-düyüş etmişdi.
Qeyd edək ki, “İnter”dən son gedən futbolçular yığmamızın üzvü Samir Abasovla Asif Məmmədovdur. Samir “Qarabağ”a qayıtdığı halda, Asif “Xəzər-Lənkəran”a keçib. “Xəzər-Lənkəran”dan isə yarımmüdafiəçi Nizami Hacıyev “İnter”ə qayıdıb. “Qəbələ”nin yarımmüdafiəçisi olan millimizin debütantı Arif Daşdəmirov də “bankirlər”ə keçib. Onunla yanaşı, “Simurq”un yarımmüdafiəçisi Camal Məmmədov də paytaxt klubunun heyətində yer alıb. Ariflə Camal “İnter”in baş məşqçisi Kaxaber Sxadadze “Standard”ı çalışdırdığı zamanı onun rəhbərliyi altında oynayıb. “İnter” bu gündən rəsmi müqavilələrin imzalanmasına start verir.

0
0