“Qarabağ” Elnur Allahverdiyevdən imtina etdi
09.06.2010 - 16:30
Ağdamın "Qarabağ" klubu yeni mövsüm üçün heyəti komplektləşdirməyə davam edir. Apasport.az saytının məlumatına görə, Samir Abasovun transferini həll edən əyalət təmsilçisi heyətdə çıxış edən futbolçuların hamısı ilə yeni müqavilə imzalayıb.
“Qarabağ” rəhbərliyi yalnız Elnur Allahverdiyevlə anlaşa bilməyib. Buna da 27 yaşlı müdafiəçinin klubla danışıqlara gəlməməyi səbəb olub. Ağdamlılar müqaviləsi başa çatan Allahverdiyevlə bundan sonra danışıq aparılmamağına və müdafiəçi ilə yolların ayrılmasına qərar verib.
Qeyd edək ki, il yarm əvvəl “Neftçi”dən kənarlaşdırıldıqdan sonra “Qarabağ”a keçmişdi.

0
0