Rəşad Sadıqov: Yenə iki mərhələ adlasaq, əla olardı
09.06.2010 - 18:15
“Komanda ilə müqaviləmin müddətini 1 illiyə artırsam da, istənilən vaxt bu klubdan gedə bilərəm. Hazırda Türkiyə klubları ilə danışıq gedir. Ayın sonuna qədər nəsə nəticə hasil ola bilər”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və “Qarabağ” klubunun futbolçusu Rəşad Sadıqov deyib.
28 yaşlı mərkəz müdafiəçisi ötən il olduğu kimi, yenə “Qarabağ”a Avropa Liqasının oyunlarında kömək edəcək. O bildirib ki, komanda bu turnirdə uğurlu oyuna köklənib: “Artıq hazırlığa başlamışıq. İlk növbədə təlim-məşq toplanışına diqqət yetirməliyik. Əgər, bunu normal keçsək, komanda yaxşı vəziyyətə gələcək. Əlbəttə, burada püşkatmanın nəticəsi də önəmlidir. Amma hər hansı bir rəqiblə qarşılaşacağımızdan asılı olmayaraq, məqsədimiz ancaq qələbədir. Keçən yay Avropa Liqasında iki mərhələ adlamışıq. Əgər həmin nəticəni təkrarlaya bilsək, bu əla olar. Təbii, mümkün olduğu qədər irəli getmək arzumuzdur”.
Qeyd edək ki, “Qarabağ” klubunun avroliqada rəqibi iyunun 21-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək.

0
0