AFFA rəhbərliyi dünya çempionatının açılış oyununu izləyəcəklər
09.06.2010 - 16:42
AFFA rəhbərliyi dünya çempionatının açılış oyununu izləyəcəklər
AFFA prezidenti Rövnəq Abdullayev DÇ-2010-un keçiriləcəyi Cənubi Afrika Respublikasına yollanıb. Apasport.az saytının məlumatına görə, həmin ölkənin Yohannesburq şəhərində bu gün və sabah FİFA-nın növbəti Konqresi keçiriləcək. Abdullayevlə yanaşı, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov tədbirdə iştirak edəcək. Assosiasiya rəhbərlərinin səfər çərçivəsində mundialın açılış matçını – iyunun 11-də baş tutacaq CAR – Meksika görüşünü də izləyəcəklər.

Mənbə: affa.az