MOİK ev oyunlarını harada keçirəcəyini bilmir
09.06.2010 - 23:01
MOİK ev oyunlarını harada keçirəcəyini bilmir
“Ev oyunlarımızı hansı stadionda keçirəcəyimizi dəqiqləşdirməmişik. Hazırda bu istiqamətdə danışıqlar gedir. İlkin variant kimi, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunu nəzərdə tutmuşuq”. Bu sözləri apasport.az saytına açıqlamasında MOİK-in rəisi Akif İbadov deyib.

Yeni mövsümdən etibarən yenidən Premyer Liqada mübarizə aparacaq MOİK bu sahədə çalışmalarını davam etdirir. Paytaxt təmsilçisi heyətini gücləndirməklə yanaşı, ev oyunlarını hansı stadionda keçirəcəyini də dəqiqləşdirməyə çalışır. Komandanın rəisi bu sahədə işlər aparıldığını deyib: “Əvvəlcə, öz stadionumuzun xidmətindən istifadə etməyi nəzərdə tutmuşduq. Ancaq orada təmir işləri yekunlaşmayıb. Planımızda Suraxanı qəsəbə stadionu var. Lakin bu dəqiq deyil. Hələ danışıqlar gedir. Ola bilsin, başqa arenaya üz tutaq”.