“Neftçi” klubunun ilk transferi - Slavko Georgiyevski! - FOTO
09.06.2010 - 17:00
Bakının “Neftçi” klubu mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Makedoniya yığmasının yarımmüdafiəçisi Slavko Georgiyevskinin keçidini həll edib.
Milli komandamızla mayın 29-da Avstriyada yoldaşlıq görüşündə əsas heyətdə meydana çıxan 30 yaşlı dayaq yarımmüdafiəçisi həmin oyunu stadiondan izləyən “Neftçi”nin baş məşqçisi Arif Əsədovun rəğbətini qazanıb. Bundan sonra rəhbərlik legionerin transferi ilə bağlı danışıqları müsbət yekunlaşdırıb.
1,87 metr boya malik Georgiyevski vətənində paytaxt Skopye komandalarında oynayıb. Ölkəsinin ən məşhur klubu “Vardar”da (90 oyun, 5 qol) daha çox forma geyinib. Slavkonun ölkədən kənarda karyerası Rumıniya (ÇFR, 2004/05, 7 oyun), Bolqarıstan (“Vihren”, 2005-07, 22 oyun, 2 qol, “Slaviya”, 2007/08, 39 oyun, 4 qol), Çin (“Zejanq”, 2008, 6 oyun), Cənubi Koreya (“Ulsan Hyundai”, 2009, 25 oyun, 2 qol), Kipr (“Etnikos”, 2009/10, 6 oyun) olub. Ötən mövsümü Kiprin yüksək liqasında keçirən yarımmüdafiəçi 2003-cü ildən yer aldığı yığmada 11 qol vurub.
Fotolar AFFA-nın fotoqrafı Eldəniz Bədəlova məxsusdur.

0
0